BƏLƏDİYYƏ

Hacı Əliyev: “Səbail  rayonunda şəhid, qazi və aztəminatlı ailələrə  daim maddi və mənəvi dəstək göstərilir”

Hacı Əliyev: “Səbail  rayonunda şəhid, qazi və aztəminatlı ailələrə  daim maddi və mənəvi dəstək göstərilir”

“Səbail
bələdiyyəsi Səbail RİH-in təşəbbüsü ilə  rayon
ərazisində yaşayan şəhid ailələrinə hər zaman  xüsusi qayğı və diqqət göstərir, bunu özünün vəzifə
borcu hesab edir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Hacı Əliyev bildirib.

Sədrin
sözlərinə görə, bələdiyyə iclasında təsdiq edilmiş proqrama əsasən mart ayı ərzində 250-dən artıq  qazi və  aztəminatlı ailəyə bayram sovqatı, habelə  şəhid ailələrinə bayram səbəti
hazırlanaraq çatdırılıb.

Novruz
Bayramı münasibətilə təqdim edilən bayram sovqatlarına müxtəlif zəruri ərzaq məhsulları
daxil edilib.

Sədr
qeyd edib ki, Səbail RİH-in rəsmilərinin və Səbail bələdiyyəsinin üzv və qulluqçularının
iştirakı ilə ərzaq yardımları təqdim edilən şəxslərlə söhbətlər aparılmış, onlara
hər zaman göstərilən dövlət qayğısından söhbət açılmış və bu işdə bələdiyyənin
də öz töhfəsinin hər zaman olduğu qeyd edilmişdir.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir