BƏLƏDİYYƏ

Fidan Fərzəliyeva: “Vətəndaş məmnuniyyətinin təmin olunması əsas prioritetlərimizdəndir”

Fidan Fərzəliyeva: “Vətəndaş məmnuniyyətinin təmin olunması əsas prioritetlərimizdəndir


“Zəbt
olunmuş torpaq və fərdi yaşayış sahələri ilə bağlı Şabran rayon Surra yaşayış
massivinin bir neçə  sakini ilə  növbəti görüş keçirildi”- bu fikirləri Belediyye.infoya
Şabran bələdiyyəsinin sədri Gfidan Fərzəliyeva deyib.

Sədr
bildirib ki, bu gün Surra yaşayış massivində vətəndaş müraciətləri əsasında
torpaq, əkin və yaşayış sahələrinin qanunsuz zəbt olunması ilə bağlı əraziyə
baxış keçirilmiş, mövcud vəziyyət yerində qiymətləndirilmişdir.

Gün ərzində
sakinlərlə fərdi görüşlər aparılıb, onların şikayətləri dinlənilib və faktiki vəziyyətlə
bağlı ilkin qeydlər götürülüb. Aparılan müşahidələr nəticəsində bəzi torpaq sahələrinin
qanunsuz istifadə olunduğu və bu məsələnin kənd əhalisi arasında ciddi
narahatlıq doğurduğu müəyyən olunub.

Sədr
qeyd edib ki, belə problemli məsələlərə obyektiv və hüquqi qiymət verilməsi məqsədilə
aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə komissiya yaradılıb. Komissiya
tərəfindən əraziyə dəfələrlə baxış keçiriləcək, sənədlər təhlil olunacaq və hər
bir hal üzrə müvafiq tədbirlər görüləcəkdir.

Sədr
Fidan Fərəzliyeva bildirib ki, torpaqdan istifadədə ədalət və qanunçuluğun təmin
olunması bizim əsas hədəfimizdir.

Məsələ daim nəzarətdə saxlanılması həm də vətəndaş məmnuniyyətinin
təmin olunması əsas prioritetlərimizdəndir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir