BƏLƏDİYYƏ

 Telman Süleymanov: “Hər bir vətəndaş bələdiyyənin inkişafına öz töhfəsini vermiş olsaydı…”

 Telman Süleymanov: “Hər bir vətəndaş bələdiyyənin inkişafına öz töhfəsini vermiş olsaydı…”

“Bu gün yeni
tərkibdə

formalaşan
bələdiyyələrin əsas məqsədi inzibati ərazi
çərçivəsində vətəndaş məmnunluğunu təmin etmək olmalıdır” – bu fikirləri Xəzər
rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Sədrin
sözlərinə görə, vətəndaş  məmnunluğunun təmin
edilməsi üçün bələdiyyənin bütün kollektivi var qüvvəsi ilə çalışaraq həm büdcə
gəlirlərini artırmalı, həm ərazidıə ciddi layihələri həyata keçirməli, həm də ərazidə
yaşayan qazi və şəhid ailələrinə  maddi və
mənəvi dəstək göstərməlidir.

Ötən
ildəki fəaliyyətimiz sayəsində büdcə gəlirlərində ciddi artıma nail ola bildik.
Məhz bu artım sayəsində bir sıra sosial layihələri icra edə bildik.

Cari
ildə bələdiyyənin vergi xidməti bütün gücünü 
ərazidə vergi yığımının təmin edilməsinə yönəldib. Bir tərəfdən bildirişlərin
göndərilməsi, digər tərəfdən yeni vergi ödəyiciləri haqqında məlumatların BAMS-
ın məlumat bazasına işlənilməsi həyata keçirilir. Bütün hallarda vergi xidmətinin
müsbət fəaliyyəti göz önündədir.

Sədr bildirib
ki, son beş il ərzində Şüvəlan bələdiyyəsi  ciddi irəliləyişə nail olub. Sözsüz ki, çətinliklərdə
var. Ərazidə sənədsiz əmlakıln olması və bələdiyyələrə xəritələrin
verilməməsi fəaliyyətimizə ciddi problem yaradan amillərdəndir.

Düşünürəm
ki, hər bir vətəndaş bələdiyyənin inkişafına öz töhfəsini vermiş olsaydı, bizim
bələdiyyə də daha böyük layihələrə imza atmış olardı. İnanıram ki, cari ildə məhz
bu dəstəyin sayəsində  planlaşdırdığımız
layihələrin hər birinin icrasına nail ola biləcək.

Belediyye.info

 

 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir