Şəki regional ədliyyə idarəsi tərəfindən seminar-müşavirə keçirilib
Şəki regional ədliyyə idarəsi tərəfindən seminar-müşavirə keçirilib
Şəki regional ədliyyə idarəsi tərəfindən sonuncu seçkilərdən
sonra idarənin ərazi yurisdiksiyasına daxil olan rayonlarda formalaşmış bələdiyyələrin
sədrlərinin iştirakı ilə seminar-müşavirə təşkil olunub.
Tədbirdə region bələdiyyələrinin fəaliyyətinin qanunauyğun
qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tövsiyələr, korrupsiya
hüquqpozması törədilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri,
bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları barədə ətraflı məlumat
verilib.
Eyni zamanda, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin
həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən inzibati nəzarət
orqanı ilə əlaqəli işin təşkili müzakirə olunub.
Həmçinin bələdiyyələrin seçiciləri qarşısında hesabatlılığın
vacibliyi, bələdiyyələrin gəlirlərinin formalaşdırılması istiqamətində yerli
vergilərin yığılması ilə bağlı qanunvericiliyin tələbləri və s. məsələlər də
müzakirə olunaraq bununla əlaqədar bir sıra tövsiyələr verilib.
Sonda bələdiyyələr tərəfindən səsləndirilən məsələlər üzrə
fikir mübadiləsi aparılıb.
Mənbə: Meneviyyat.Az/