DÜNYA

Konyada 5,2 maqnitudalı zəlzələ olub

Türkiyənin Konya vilayətində 5,2 maqnitudalı zəlzələ olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD)  məlumat yayıb.

Yeraltı təkanlar paytaxt Ankarada da hiss edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında yazıb ki, hazırda hər hansısa neqativ hal qeydə alınmayıb: “Aidiyyəti qurumlar digər halların olub-olmaması ilə bağlı araşdırma aparır”.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir