İndi də Qərbi Nil qızdırması: Virusun digər ölkələrdən gətirilmə hadisəsi olarsa… – RƏSMİ
Rusiyada Qərbi Nil qızdırmasının (WNF) pik həddinin avqust ayında olması gözlənilir.
Turkustan.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin epidemiya mövsümündə Rusiya Federasiyasında WNV epidemiya prosesinin intensiv təzahürlərinin iyun-sentyabr aylarında, pik həddinin isə avqustda olacağı gözlənilir.
Eyni zamanda, idarədən xəstəliyin konkret müalicəsinin olmadığı söylənilib.
Maraqlıdır, ölkəmizdə də sözügedən virusun yayılma riski varmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan “Qərbi Nil” virusuna endemik ölkə deyil.
Nəzərə çatdırılıb ki, digər ölkələrdən gətirilmə hadisəsi olarsa, onun yayılma riski sıfıra bərabərdir.
“Çünki bu virusun ötürülməsində iştirak edən daşıyıcı ağcaqanad növü bizim ölkəmizin ərazisində mövcud deyil”,- deyə nazirliyin məlumatında vurğulanıb.
Mənbə: Turkustan.Az