GÜNDƏM

“Georgi lenti”ni həmin tədbirə gətirənlər bəlli oldu – FOTO

İmişli rayonunda 9 may tədbirləri zamanı imperializmin simvolu olan “Georgi lenti”ndən istifadə ilə bağlı bir sıra faktlar məlum olub.

Turkustan.az Unikal-a istinadla xəbər verir ki, “Georgi lenti”ni rayon tədbirinə Bakıdan Rus İcmasının nümayəndəsi gətirib.

Belə ki, tədbirə Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Yakovlevna Manafova və onun müavini olduğu deyilən bir nəfər qatılıb. O, tədbirin əvvəlində bütün iştirakçılara “Georgi lenti”ni verib. Təxribatçı addımın səbəbkarı tədbirdə çıxış edən azyaşlı qız uşağına da həmin lenti verməkdən çəkinməyib.

Maraqlısı isə odur ki, “rus obşinası”nın nümayəndələri özləri “Georgi lenti” taxmayıblar.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir