BƏLƏDİYYƏ

Bu görüşlərin bələdiyyələr üçün səmərəli olacağı qənaətindəyəm: MÜNASİBƏT 

Bu görüşlərin bələdiyyələr üçün səmərəli olacağı qənaətindəyəm: MÜNASİBƏT 

Bir neçə gün öncə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin
təşkilatçılığı, Bakı bələdiyyələrinin sədrlərinin və Azərbaycan Bələdiyyələrinin
Milli Assosiasiyasının məsul əməkdaşlarının iştirakı ilə seminar-müşavirələr
keçirilib. Bəri başdan dəvətə görə baş idarənin rəhbərliyinə təşəkkürümü
bildirirəm.

Görüşlərlə bağlı diqqətimiçəkən bəzi məqamlara fikir bildirməyi özümə
borc bilirəm.

Əvvəlcə, baş idarə rəisinin əsas tövsiyələri barədə:

1) Atılan hər bir addım qanunvericilik çərçivəsində olmalıdır;

2) Şəffaflıq və hesabatlılıq təmin edilməlidir;

3) Hər bir halda üzləşdiyiniz problemlərlə bağlı  baş idarəyə müraciət edilməli, hətta ehtiyac
olarsa əməkdaşlarımızin yerlərdəki fəaliyyətinizə dəstək verməyə hazır olduğunu
bildirməsi;

Diqqətimi çəkən digər məqamlar –

1) Bütün görüşlərin səmimiyyət üzərində qurulması;

2) Baş idarə tərəfindən atılan hər bir addımda şəffaflıq prinsipinin
təmin edilməsi;

3) Bələdiyyə-baş idarə münasibətlərində şəffaflıq prinsipinin
qorunacağının bəri başdan  konkret şəkildə
ifadə edilməsi; (deməliyəm ki, artıq bu prinsipə əməl olunduğu   bir neçə aydır bələdiyyələrin fəaliyyətində
hiss olunur)

4)  Fəaliyyətin təbliğinə ciddi
şəkildə diqqətin yetirilməsi;

5) Sədrlərin və kollektivin bütün fəaliyyətinin bələdiyyənin əvvəlki
illərdən üzərində olan neqativin aradan qaldırılmasına yönəldilməsi;

6) Bələdiyyə sədrləri tərəfindən qaldırılan məsələlərə həssaslıqla
yanaşılması;

7) Bələdiyyə müəssisələrinin yaradılmasına diqqətin ayrılması…

Beləliklə, hər üç görusdə özümün səsləndirdiyim əsas fikirləri əvvəlki
yazımda qeyd etmişəm. Ancaq baş idarədə bu gün hökm sürən sağlam mühit, mənə belə
qənaətə gəlməyə imkan verir deyim ki, paytaxt bələdiyyələrinin sədrləri baş
idarə rəisinin proqram xarakterli çıxışından lazımi səviyyədə yararlanacaqlar.
Yararlananlarin isə  rəhbəri olduğu bələdiyyə
cəmiyyətdə nüfuzu birmənalı olaraq arta bilər…

Hər halda mən bu görüşlərin bələdiyyələr üçün səmərəli olacağı qənaətindəyəm.

Düşünmək olar ki, münasibətlərin bu çərçivədə qurulması belə  şəkildə davam edərsə bələdiyyələrin üzləşdikləri
problemlərin həlli də sürətlənmiş olacağına İNANIRAM 

Vüqar Tofiqli

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir