Tramp, Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və əş-Şaraa onlayn görüş keçiriblər – YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd əş-Şaraa onlayn formatda görüş keçiriblər.
Bu barədə “Report” “TRT haber” telekanalına istinadən xəbər verir.
11:39
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüşüb.
“Report”un məlumatına görə, bu barədə “The Washington Post” yazıb.
Qeyd olunub ki, bu, 25 il ərzində ilk belə görüşdür.
Mənbə: Report.Az