BƏLƏDİYYƏ

Seymur Həsənov: “ Badamdar bələdiyyəsi daim ənənəyə sadiqdir”

Seymur Həsənov: “ Badamdar bələdiyyəsi daim ənənəyə sadiqdir”


“Badamdar bələdiyyəsi tərəfindən Səbail RİH -in təşəbbüsü ilə Ramazan ayı münasibəti ilə şəhid, qazi və  aztəminatlı, o cümlədən ehtiyacı olan ailələrə ərzaq sovqatı paylanılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Seymur Həsənov bildirib.

Sədrin sözlərinə görə, bələdiyyənin inzibati binasında təşkil edilən görüşdə  100  ailəyə ərzaq yardımı təqdim edilib.

Xəstə və hərəkət məhdudiyyəti olanlara isə ərzaq yardımı sədrin iştirakı ilə  mənzillərində təqdim edilib.

Sədr bildirib ki, bələdiyyə ənənəyə sadiq qalaraq hər daim şəhid, qazi və aztəminatlı ailələrini, onları narahat edən məsələlərin həllini diqqət mərkəzində saxlayır.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir