Qoşqar Məmmədov: “BAMS-da tətbiq edilən yeniliklərin büdcə gəlirlərinin artımına səbəb olacağına inanıram”
Qoşqar Məmmədov: “BAMS-da tətbiq edilən yeniliklərin büdcə gəlirlərinin artımına səbəb olacağına inanıram”
“Nizami bələdiyyəsi olaraq əsas məqsədimiz büdcə gəlirlərinin artımına nail olmaqdır”- bu fikirləri Belediyye.infoya Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib.
Sədrin sözlərinə görə, bələdiyyənin vergi xidməti orqanı BAMS-da tətbiq edilən yeniliklərdən lazımınca yararlanır. Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı ilə BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə qoşulması, o cümlədən BAMS-ın təkmilləşdirilməsi, BAMS-proqramında SMS xidmətinin və E-belediyye.az portalının istifadəyə verilməsindən hər bir bələdiyyə kimi bizdə bu istiqamətdə ciddi addımlar atır və büdcə gəlirlərimizi artırmağa çalışırıq. İnanıram ki, BAMS-da tətbiq edilən yeniliklər büdcə gəlirlərinin artımına səbəb olacaq.
Cari ildə büdcə gəlirlərinin artımı və vergi ödəyicilərinin vergiyə cəlb edilməsi üçün əməkdaşlarımız mütəmadi olaraq vətəndaşlarla körüşlər keçirir, onların problemlərini dinləyib bələdiyyənin səlahiyətləri daxilində həll olunması təmin edilir və ən əsası vergiləri vaxtında ödənilməsi üçün izahat işləri də aparılır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/