YAZARLAR

Turan/Turfan vadisinin əski tarixi-coğrafiyasının izləri


Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi

Mərkəzi Asiyanın geniş quru çölləri, səhra və vahələri, daşlı-çınqıllı düzəngahları, barmaq-barmaq şiş qayalıqları, şortamlı gölləri və quruyan, gah-gir çayları, soyuq dağ yamacları və buz örtüklkü yüksəklikləri, yaylaları, göylərə boy verən dağları…boyunca yataqlanan əski Türk yurdlarının izləri “Böyük İpək Yolu” tarixindən (e.ə.II əsr) də əvvələ gedib çıxır, Sarı Türklərin Sarı/Xunaxe çayının mənbəyində yurd qurduqları 10-15 minillik dövrü əhatə edir. Dil-İrq birliyi, sıx milli-mənəvi ilişgiləri olan Göy Türklərlə qaynayıb-qarışdıqlarına nümunə kimi Tuva diyarının Turan şəhərində, Uyuk-Turan çayı sahillərindən tapılan daş abidə-əski epitafiya tarixi-coğrafi dəyərə və minilliklərlə yaşa malik olmaqla, geniş coğrafi əraziləri əhatə etmişdir (Tanrı-Nişanı/Tyan-Şan dağlarının quzey hissəsindən, Tarim çayı hövzəsindən Bəygöl/Baykal gölünədək, Turgistan-Altaystan-Tuvastan diyarlarınadək).

Bəyaz/Ağ Türkləri qoynuna alan Buzlu nəhrvə ağ örtüklü Sibir diyarı ilə Türküstan-Turan çöllərini birləşdirə Türkay/Turqay bərzəxi/quru hissəsi quzeyli-güneyli Türgistan bölgəsi hüdudlarıdır. Müasir Qazaxstan dövlətinin şimal hissəsini (75,8 min kv. km) tutur, buradan Turqay çayı (uzunluğu 825 km) axır, 12 min il əvvəl bu yerlərdə yaranmış Turan dənizinin suları əski Türk ellərinin sahil ərazilərində ləpələnmişdir…

Türk dünyası coğrafiyasının nəzəri-metodolji təməl prinsiplərinin elmi təhlil nəticələri Bütöv sərhədlər hüdudunda toponimika/yer adları sistemində ümumi Ana xətt/Filoloji mənanın dəyişilməz qaldığını bir daha əsaslandırmış, neçə on minilliklər ötsə də etimoloji tərkibcə Ailə-Dil strukturu qorunub saxlanılmışdır. Bu hal qədim və protoTürk dilli etnos birliklərinin şifahi və yazılı yaradıcılığında, dini-sakral kult-maddi, mədəni…irs şəbəkəsində, dünyadərki baxışının təməl dəyərlərində, eləcə də, coğrafi məkan hüdudlarında yaranan toponimlərin məna çalarlarının eyniliyində ifadə olunmuşdur.

Qədim Sarı Türklərin tarixi özəl yurdları, kökənli ocaqlarının çatıldığı Şərqi Türküstan diyarının coğrafi yer adlarının etimoloji mənası məhz bu baxımdan həm də, səciyyəvi xüsusiyyət kəsb edir. Ümumiyyətlə, Türküstan coğrafi məkan kimi 2 milyon kv.km-dən çox sahə tutduğu üçün bir neçə hissəyə-Şərqi, Qərbi, Guzey və Güney Türküstanı ərazilərinə və Sarı Türklərin/Uyğurların diyarı Mərkəzi Asiyanın özəl qurşağında olduğundan bəzən bu bölgəni “Asiyanın ürəyi” adlandırılar.

Uyğur diyarının ürəyi isə Turan/Turfan/Tarim vadisi hesab edilir. Tanrı dağının ətəyində, amma dünyada ən dərin quru çuxurunda (154,5 m aşağı səviyyədə), Aydın gölünün ətrafındakı Turfan şəhəri “Alov vahəsi”ni xatırladır.

Bölgənin Tarim vadisi/səhrasındakı (şəhər, dağ, çay, vadi…adları əski Türk dillərinin dil-tələffüz, dialekt-şivə, morfofonetik səs-soy tərkibini olduğu kimi saxlamaqda, Sarı Türklrin-Uyğurların zəngin, tarixi milli-mənəvi irsinə işıq salmaqdadır.

Türk dünyasının e.ə. II-I minilliklər dövrü təkamül mərhələlərindən biri də sonralar “Böyük İpək Yolu”nun kəsib keçdiyi Tarim çayı hövzəsini əhatə etmişdir. Sivilizasiya mərkəzi kimi inkişaf etmiş şəhər mədəniyyəti və arxitektura-memarlıq ansamblı, elmi təhsil, dini-fəlsəfi təlim mərkəzləri, dövlət və iqtisadi bölüm strukturu, beynəlxalq əlaqə sistemi…diyarın/bölgənin tarixi keçmişi səhifələrində xüsusi yer tutmuşdur.

Tarixi-coğrafi təkamül mərhələsinin (Ailə-Dil soykökünü formalaşması və özgürlüyünün şaxələnməsi) yazılı-maddi irsi sırasında növ müxtəlifliyi ilə fərqlənən yer adlarında (oro, antro, hidro, etno, oyko…toponimlər) ifadə olunması aydın sezilməkdədir, əski Türtk dili qrammatikasının dəyişikliyə uğramasının, bir sıra qeyri-Türk dillərinə assimlyasiyasının bariz ifadəsidir. Hidronim kimi “Tarim” çay adı iki hissədən ibarətdir, “tar” (sözün kökü) və “im” (mənsubiyyət şəkilçisi), qədim Türk dillərində “tar-mar”-“dağılmaq, yerlə yeksan, yox olamaq və ya ikiyə bölünmək, hissələrə parçalamaq” ifadəsinə uyğun olaraq Tarim çayı (uzunluğu 2486 km) yüksək dağ yamaclarından başlayaraq keçdiyi yerlərdə dağıdıcı mənzərə yaratdığı üçün bu hidronim eyni mənaya uyğundur.

Qədim musiqi alətimiz tarın etimoloji mənası da simlərin iki hissəyə böldüyü çanağa aid yaranmışdır.

“Taran” sözünün (rus dilində işlənilən, dağılma, parçalam…mənasında) kökü də “tar” kəlməsindən yaranmışdır. “Tar” sözü Türk dillərində “ensiz, geniş olmayan, dar..” mənasında da işlənilməklə t və d hərflərinin əvəzlənməsi yolu ilə ifadə olunmaqdadır. Bu anlam Tarim çayının yuxarı hövzədə dar, ensiz…yataqlardan sürətlə axmasına da uyğun gəlməkdədir…

Qaraqorum dağlarının quzey, sıldırım, çılpaq yamaclarından axan Ağsu və Yarkənd çaylarının birləşməsi Tarim çayını doğurub, xeyli hissəsi Qaşqar düzündən keçir, Qaraburungöl gölündən qidalanır, aşağı hövzələrində ona Xatan, Qaşqar, Tiznaf, Keriya…çayları qovuşur və bərəkətli düzəngahlarda/vadilərdə Ağsu, Yarkənd və Qaşqar vahələri yaranmış, Mərkəzi Asiyanın, Şərqi Türküstanın-Uyğyrstanın münbit torpaqları yaşıllıqlara bürünmüşdür…

b5d2f10501b1baa9d9385de978911393.jpg

Hidronim kimi Xatan çayının (uzunluğu 1035 km) etimoloji mənası əski, prototük dillərinin klassik mənasını ehtiva edir, qədim Türkcədə “xat”, “kat” sözü -“yaşayış ərazisi”, “məskunlaşma yeri”…kimi işlədilib (katta-kəndin böyüyü…rus dilində “xata, “xutor” ifadəsinin kökündə də Türk anlamı var) və əski Xatan şəhərinin ərazisindən keçdiyi üçün bu cür adlanıb.

Uyğurstan diyarının cənub-qərbində, Tarim çayının yuxarı axarlarında yerləşən Xatan şəhəri Uyğur mədəniyyətinin tarixi mərkəzlərindən, Sarı Uyğur kökənlilərin əski yurd yerlərindən olub, “Böyük İpək Yolu” bu şəhərdən keçib, Sin, Xan…sivilizasiya/təbəddülat ocağı burada yerləşib, Şərq-Qərb mədəniyyətinin qovşaq təzahürlərinə sinə açıb, meydan verib.

Hunlar/Kunlun dağının (e.ə.IV-III əsrlərdə adı yazılan, uca zirvəsi Uluqbuzdağ/Uluqmuzdağ (7723 m) qərb hissəsində, şərq hissədə ucalığı-Hunqur (7719 m) zirvəsi, “qur” sözü “böyük toplantı” deməkdir, “qurultay” ifadəsi anlamı timsalında, Xalq Xuralı sinoniminə uyğun) dərin, dar dağ dərələri ilə axan Yaranqaş/Yurunqaş və Qaraqaş çaylarının yaratdığı Xatan çayı həm də Təklə-Məkan səhrasından, Qaşqar(a) şəhəri yaxınlığından keçir, Qaranlılar dövlətinin (840-1212-ci illər) filosofu, böyük Türk-Uyğur Aydını-ilk Türk ensklopediyasının-“Divani-Lüğət-it-Türk” əsərinin yazarı M.Qaşqarlının (1029-1101) doğma yurdundan (bu yurd həm də, musiqi/muğam mədəniyyətinin təkamül mərkəzlərindən olub, XVI əsr mütəfəkkiri Qədirxan Yarkəndinin “Nöqtənin zərif səsi” əsəri qiymətli dəyərə malikdir).

Sarı Türklər/Uyğurlar məkanında böyüklüyü ilə fərqlənən Hunlar/Kunlun dağ silsiləsinin mərkəzi hissəsində Arxadağ qurşağı, şərq hissəsində Boğalıqdağ (ən uca zirvəsi Qarlıq-3500 m) sırası uzanır, şimal-qərbə uzanan qolu Altundağ(Qızıldağ) adlanır. Arxadağ qurşağındakı Uluqbuzdağ orotoponimindəki Uyğur dilinə uyğun “buz”/”muz” söz kökünə əsasən dialekt-şivə dəöyişikliyi nəticəsində rus dilində işlədilən “merzlota”, “moroz” (“donuşluq”, “şaxta”, “buzlu hava”…) sözləri əmələ gəlmişdir

Qaraqaş/Qaşqar(a) toponimləri eyni anlamda işlənilməsi şübhə doğurmur, yüksək, hündür, böyük dağ silsilələri qoynundakı yer…təbii ki, əski Türk dillərindən alınmaqla bu söz sonrakı dövrlərdə də “iri”, “böyük”, “geniş”...mənalarına da uyğun olaraq işlədilmişdir (Krım yarımadasında Qaraqaş kəndi, Sabirabad, Neftçala, İmişli və Ağdam rayonlarında da eyniadlı yaşayış məntəqəsi vardır, sonuncu adı çəkilən kəndi “erməni”-daşnak quldurları 1993-cü ildə işğal edərək yer yerlə-yeksan etmişlər).

Dünyanın ən böyük səhralarından biri, Türk dünyası coğrafiyasında yaranan, isti-ruhsaran Təklə-Məkan, eləcə də, onun qoynundakı Qumdağ, Qurban Hunqut…qumluğu (Hunqarı diyarının bir hissəsində) bu yurdlarda kök salan Türk varlığını…belə sovura bilməyib..tarixi-coğrafi səhifələrinin yazılarını da poza bilməyib…Sarı, Göy və Bəyaz/Ağ Türklərin etnomilli bütövlüyünə təbii abidə olaraq yaşamaqdadır…

R.S. Şərqi Türküstan diyarının tarixi-coğrafi salnamələri, milli-mədəni və elmi-nəzəri tədqiqi sırasında “Avesta”(e.ə.XIII əsr),“Manas” (IX-X əsrlər) eposları, məşhur uyğur şairi və maarifçisi Y.X.Xocibin (1016-1070) “Ölkə hüququna riayət”, Bəlx vilayətinin XVII əsr tarixçisi və coğrafiyaçısı M.Ə.Vəlinin “Dənizlərin sirri..”, rus coğrafiyaşünası E.M.Murzayevin (1908-1998) “XIX-XX əsrlərdə uzaq Asiyada Orta və Mərkəzi Asiyanın tədqiqi” (1956), Özbək alimləri Ə.Q.Qahharın “Qədim Türk Uğurstanı:etnososial tarixi” (2014), “Qədim Türk Uyğurstanı rus səyyahlarının gözü ilə” (2017) və Ş.S.Kamaləddinin “Özbəkistan tarixi xəritələrdə” (2020)…əsərləri xüsusi yer tutur.

R.S.S. Rusiyalı coğrafiyaçılar Arxadağ silsiləsini-“Prjevalski”, Boğalıqdağ qurşağını-“Marko Polo”…adlandırır.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir