BƏLƏDİYYƏ

Təmraz Tağıyev Nərimanov bələdiyyəsinin sədri seçilib

Təmraz Tağıyev Nərimanov bələdiyyəsinin sədri seçilib

“Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Nərimanov bələdiyyəsinin ən yaşlı üzvü  Adil Hüseynovun sədrliyi ilə bələdiyyənin ilk iclası keçirildi.

İclasın sədri üzv seçilmiş şəxslərin siyahısını elan etdi. Bələdiyyənin ilk iclasında sədr və sədr müavinlərinin seçilməsi gündəliyə salındı.

Səs vermənin nəticəsinə əsasən  Nərimanov bələdiyyəsi üzrə  Təmraz Tağıyev yekdilliklə  sədr,  Nizami Babaşov, Adil Hüseynov və Vüsal Cəfərli sədr müavinləri seçiliblər.

Nərimanov bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir