GÜNDƏM

PKK-dan qərar: Ermənistandakı silahlı dəstələr çıxarılır

Özünüləğv qərarı verən PKK terror təşkilatının Türkiyə, İraq, Suriya, Ermənistan və İranda yerləşən silahlı dəstələrinin İraqda təyin olunmuş nöqtələrdə toplanacağı məlum olub.

Turkustan.az xəbər verir ki, bu barədə “Haber7” mənbələrə istinadla məlumat yayıb.

Türkiyə portalı bildirir ki, terror təşkilatının silahlı qanadı HPG daxilində ümumilikdə 13 minə yaxın terrorçu İraqın şimalındakı Sincar, Mahmur və Qəndil düşərgələrində bir araya gələcək.

Türkiyə sərhədləri daxilindəki terrorçularla bağlı vəziyyət də aydınlaşıb. Ləğv qərarından sonra Türkiyədəki terrorçuların hamısının, sonuncuya qədər ölkə sərhədlərini tərk edəcəyi bildirilib.

Türkiyədə 580 terrorçunun olduğu qeyd edilərkən, bu terrorçuların silahlarını təhvil vermələri üçün yaradılacaq təhlükəsiz dəhlizlərdən keçərək Şimali İraqa keçəcəkləri deyilir.

Terror təşkilatı üzvlərinin təslim etdiyi bütün silahlar qeydə alınacaq.

Silahların təhvil verilməsinin 3-4 ay ərzində başa çatdırılması gözlənilərkən, cinayətlərdə iştirak etməmiş PKK üzvlərinin pasportlarını daşıdıqları ölkələrə qayıdacaqları bildirilir. Bu çərçivədə, Türkiyənin təxminən 4 min vətəndaşının mərhələli şəkildə sərhəddə qəbul ediləcəyi qeyd olunur.

PKK liderləri üçün vəziyyət fərqli qiymətləndirilir. Sayının 300 olduğu deyilən terror təşkilatının “idarə heyəti”nin ayrı-ayrı ölkələrə göndəriləcəyini vurğulanır.

PKK lideri Abdullah Öcalan üçün heç bir yeniliyin olmadığı, İmralıda (həbsxanada) qalmağa davam edəcəyi iddia edilir./teleqraf









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir