Gənc fəal Astara bələdiyyəsinin sədri seçilib
Gənc fəal Astara bələdiyyəsinin sədri seçilib
Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi
Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən fevral ayının
sonlarında Astara bələdiyyəsinə üzv
seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin
ilk iclası keçirilib. Bu barədə Belediyye.infoya məlumat Astara bələdiyyəsindən
daxil olub.
15 bələdiyyə
üzvünün iştirakı ilə keçirilən iclası bələdiyyənin ən yaşlı üzvü Azər Hüseynov
aparıb.
İclasda
bələdiyyənin sədri, sədr müavinləri və katibi seçilib. Müzakirələrdən sonra gənc fəal Bədii Məmmədova
yekdilliklə sədr, Ramin Şiriyev və Azər
Hüseynov sədr müavinləri, Gülayə Babazadə
isə bələdiyyənin katibi seçiliblər.
Sədr,
sədr müavinləri və katib onlara göstərilən
etimada görə bələdiyyə üzvlərinə təşəkkürlərini
bildirməklə yanaşı, bu etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Qeyd
edək ki, sədr seçilən Bədii Məmmədova 2081 səs yığaraq təsdiq olunan üzvlərin siyahısında
birinci yeri tutub.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/