DÜNYA

BƏƏ və İran XİN başçıları Tehranın nüvə proqramı ilə bağlı danışıqları müzakirə ediblər

BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zayed Əl Nahyan Əbu-Dabidə İranın XİN başçısı Abbas Araqçi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə BƏƏ-nin WAM informasiya agentliyi məlumat yayıb.

Nazirlər ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsi üzrə danışıqların gedişini müzakirə ediblər.

Tərəflər Vaşinqton və Tehran arasında məsləhətləşmələrin “regionda təhlükəsizlik və sabitlik əsaslarının möhkəmləndirilməsi” üçün əhəmiyyətini qeyd ediblər.

Xatırladaq ki, mayın 10-da Araqçi Səudiyyə Ərəbistanı və Qətərə səfər edib. Növbəti gün Omanda ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundu keçirilib. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə Araqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff başçılıq edib. İran XİN başçısı danışıqların nəticələrinə dair qeyd edib ki, bu raund əvvəlkilərdən daha ciddi və açıq olub, tərəflərin mövqeləri yaxınlaşıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir