Azərbaycanlı gənclər Minskdə keçirilən “Qələbə xatirəsi” konsertində milli rəqslərimizi ifa ediblər
“Diaspornews.az” xəbər verir ki, tədbirə hər bir regiondan və Minsk şəhərindən dövlət orqanlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, Minsk ictimaiyyəti, əmək kollektivləri, tələbə gənclər və nümayəndə heyətləri qatılıblar.
Belarus prezidenti Aleksandr Lukaşenko Qələbə Günü münasibətilə Respublika Sarayında keçirilən təntənəli yığıncaqda çıxış edib. Daha sonra incəsənət ustalarının “Qələbə xatirəsi” adlı konserti olub. Tədbir müasir kino süjeti formatında təqdim olunub, burada Böyük Vətən müharibəsi veteranlarının nöqteyi-nəzərindən video hekayələr danışılıb.
Konsertdə respublikanın aparıcı kollektivləri və ifaçıları iştirak ediblər. Həmçinin Belarusun Azərbaycan İcmaları Konqresinin nəznində fəaliyyət göstərən “Qafqaz əfsanələri” və “Sarı gəlin” rəqs qrupları tərəfindən Azərbaycanın milli rəqslərini ifa edilib.
Mənbə: Diaspornews.Az