BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Azərbaycan Dillər Universiteti  yüksək təşkilatçılığı ilə seçilən  tədbiri keçirməklə ortaya  bir nümunə qoya bildi”

Təmraz Tağıyev: “Azərbaycan Dillər Universiteti  yüksək təşkilatçılığı ilə seçilən  tədbiri keçirməklə ortaya  bir nümunə qoya bildi”

“Dünən Azərbaycan Dillər Universitetində  “Qafqazda azərbaycanlılara qarşı həyata
keçirilmiş soyqırımı və deportasiyalar” 
mövzusunda təşkil edilən geniş məzmunlu 
mötəbər tədbirə bizdə  dəvətli
idik” –  bu fikirləri Qərbi Azərbaycan
İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyev deyib.  

Tədbiri
giriş sözü ilə açan
Universitetin rektoru, akademik Kamal Abdulla tədbirdə
bildirdi ki, azərbaycanlılara qarşı zaman-zaman soyqırımlar törədilib və bu
cinayətlər Azərbaycanda multikultural dəyərlərlə yaşayan, müsəlman dininə məxsus
digər azsaylı xalqlardan da yan keçməyib. 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin
deputatı Əziz Ələkbərli çıxışında azərbaycanlıların soyqırımlarına ilk dəfə Ulu
Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirdi. İcma sədri
xatırlatdı ki, məhz Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla
31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.  Sədr vurğuladı ki, əslində bütün Cənubi
Qafqazda, eləcə də  Qərbi Azərbaycan ərazisində
soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İcma sədri tədbir
iştirakçılarına Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı ilə də məlumat
verib.

Sonra ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin
üzvü,  professor Mahirə Hüseynova, Qərbi
Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu,
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət
İbrahimqızı, Qərbi Azərbaycanın Amasiya rayon İcmasının sədri akademik Abel Məhərrəmov,
ADU-nin təhsildə xarici dillər kafedrasının müdiri, QAİ Qadınlar Şurasının üzvü,
dosent Həqiqət Hacıyeva, Almaniyada yaşayan yazar Dr.Orhan Aras və başqaları
mövzu ilə bağlı çıxış etdilər.

Rayon təşkilatının sədri olaraq belə bir tədbirdə iştirakdan
məmnun qaldığını bildirən Təmraz Tağıyev qeyd edib ki, bu gün böyüməkdə olan gənc
nəslə lazım olan dəyərli fikirlərin  dəyərli
ziyalılar tərəfindən səsləndirilməsi tədbirin əhəmiyyətini  və çəkisini bir qədərdə artırmış oldu.

Belə geniş məzmunlu görüşlərin təşkili bütün hallarda ölkə
prezidentinin söylədyi  “Qərbi Azərbaycanlıların
gec-tez öz doğma yurdlarına qayıdacaqlar” fikrinin tezliklə reallaşacağından xəbər
verir. Bu tədbirin keçirilməsində də əsas məqsəd Qərbi Azərbaycandan didərgin
salınmış soydaşlarımızın ata-baba yurdlarına geri qayıdışına nail olunması
istiqamətində elmi, tarixi, həqiqi faktlara söykənən mübarizəyə dəstək
olmaqdır.

Təmraz Tağıyev yekun olaraq bildirib ki, Azərbaycan Dillər
Universiteti  yüksək təşkilatçılığı ilə
seçilən bu  tədbiri keçirməklə
ortaya  bir nümunə qoya bildi.

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir