BƏLƏDİYYƏ

Tədbir Sumqayıt bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib

Tədbir Sumqayıt bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib

Mart ayının 14-ü Sumqayıt Bələdiyyəsinin  təşkilatçılığı ilə  “Məişət zorakılığının qarşısının alınması və
onunla mübarizə” mövzusunda Kimyaçılar qəsəbəsi,Maralgöl ərazisində yüksək
risk qrupuna daxil olan qadınlarımızla maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi
komisiyasının sədri Nərmin Mehdiyeva məişət zorakılığının subyektləri, cəmiyyətdə
və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə
ətraflı məlumat verərək bildirib ki, məişət zorakılığına məruz qalanlar əsasən,
qadın və uşaqlardır. Bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət
zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi
ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına
adekvat reaksiya verməlidir. 

Öz çıxışlarında Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi
komisiyasının üzvləri  Sumqayıt Bələdiyyəsinin
30-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsinin sədri İndira Şəmsivari,Sumqayıt
Bələdiyyəsinin Kimyaçılar qəsəbəsi Maral Göl üzrə məhəllə komitəsinin sədri
Solmaz Zeynəddinova azyaşlı qızların təhsilə cəlb edilməsinin, erkən nikahla
mübarizədə ciddi ictimai qınağın və sərt cəza tədbirlərinin həyata keçirilməsinin
vacibliyini qeyd ediliblər.Məişət zorakılığının qarşısının alınması, məişət
zorakılığı qurbanlarının dövlət tərəfindən qorunması və zorakı şəxslərin cəzalandırılmasını,
yaxud məhdudlaşdırılmasını tələb etmək aparılan mübarizənin tərkib hissəsidir.

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir