DÜNYA

Suriya Prezidenti Ərəb Dövlətləri Liqasının sammitində iştirak etməyəcək

Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şibani mayın 17-də Bağdadda keçiriləcək Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitində ölkəsini təmsil edəcək.

“Report” xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı müvəqqəti prezidentin administrasiyasına istinadən məlumat yayıb.

“Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şəraa Bağdadda keçirilməsi planlaşdırılan sammitdə iştirak etməyəcək. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şibani rəhbərlik edəcək”, – bəyanatda bildirilir.

Bu qərarın səbəbləri açıqlanmır. Lakin Livanın “Al Mashad” telekanalı qeyd edir ki, bu, Dəməşqdə yeni administrasiya rəhbərinin təhlükəsizliyi ilə bağlı məqamlarla əlaqəli ola bilər.

Aprelin 16-da İraqın baş naziri Məhəmməd əs-Sudani Suriyanın müvəqqəti prezidentinə ərəb dövlətləri liderlərinin Bağdadda keçiriləcək sammitində iştirak etməsi üçün rəsmi dəvət göndərdiyini bildirmişdi.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir