Ramil Hüseynov: “Təbii fəlakətin nəticələrinin aradan qaldırılması yönündə Sahil bələdiyyəsi də zəruri tədbirlər həyata keçirib”
Ramil Hüseynov: “Təbii fəlakətin nəticələrinin aradan qaldırılması yönündə Sahil bələdiyyəsi də zəruri tədbirlər həyata keçirib”
“Ölkəmizdə baş verən təbii fəlakətin yaratdığı fəsadları aradan qaldırmaq üçün bizdə bələdiyyə olaraq öz töhfəmizi verməyə çalışdıq” – bu barədə fikirləri Belediyye.infoya Qaradağ rayonu Sahil bələdiyyəsinin sədr müavini Ramil Hüseynov bildirib.
Sədr müavinin sözlərinə görə, təbii fəlakətdən zərər çəkmiş ərazilərə baxış keçirilmiş, həyata keçirilməli olan məsələlərin həlli üçün addımlar atılmışdır.
Əsasən intensiv yağan yağışlar Sahil qəsəbə qəbirstanlığında ciddi problem yaratmışdı.
Odur ki, ilk dəqiqələrdən Sahil bələdiyyəsinin təşkilatçılığı ilə suvuran nasosların vasitəsilə ərazidən su toplanaraq kanalizasiya xətlərinə ötürülmüş və bununla da problem öz həllini tapmışdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/