DÜNYA

Neft ABŞ və Çin arasında danışıqlar fonunda cüzi bahalaşıb

Dünya bazarında neft qiymətləri cüzi artıb.

“Report” xəbər verir ki, bunu ticarət məlumatları və analitik şərhi təsdiqləyir.

Bildirilib ki, artım Cenevrədə keçirilmiş danışıqların yekunlarına dair ABŞ və Çinin birgə bəyanatının dərc edilməsindən əvvəl baş verib.

“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 0,64 % artaraq 1 barel üçün 64,32 ABŞ dolları, WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,74 % artaraq bir barel üçün 61,47 ABŞ dolları təşkil edib.

Analitiklər ABŞ və Çin arasında keçirilmiş danışıqlar üzrə birgə bəyanatın dərc edilməsini gözləyirlər. Tərəflər mayın 10-dan 11-dək Cenevrədə ticari-iqtisadi məsələlər üzrə yüksək səviyyəli danışıqlar aparıblar. Çin tərəfindən koordinator Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen, ABŞ tərəfindən isə maliyyə naziri Skott Bessent olub. Keçirilmiş danışıqlar üzrə birgə bəyanat bazar ertəsi gün ərzində dərc ediləcək.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir