BƏLƏDİYYƏ

Nailə Nəsirova Zabrat bələdiyyəsinin sədri seçilib 

Nailə Nəsirova Zabrat bələdiyyəsinin sədri seçilib

 

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə,
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun
16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli
qərarına əsasən Sabunçu
rayonu Zabrat
bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə
bələdiyyənin ilk iclası keçirilib.

 

İclasa sədrliyi ən yaşlı namizəd Mirməhəmməd Seyidov edib.

 

İclasın sədri bələdiyyə üzvlərinin siyahısını  elan edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin
seçilməsi məsələnin olduğunu qeyd edib.

 

Səsvermənin
nəticəsinə əsasən Zabrat
bələdiyyəsinin sədri vəzifəsinə 
yekdilliklə Nailə
Nəsirova
 seçilib.

 

Hikmət
Alıyev və Rəhiməxanım Abbasova
sədr müavinləri vəzifəsinə seçiliblər.

 

İclasda sədr və sədr müavinləri  bələdiyyə üzvlərinə onlara göstərdikləri
etimada görə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, Zabrat bələdiyyəsinin 15 nəfər üzvü var .

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir