Mingəçevir bələdiyyəsində tələbələrlə görüş keçirildi
Mingəçevir bələdiyyəsində tələbələrlə görüş keçirildi
Mingəçevir Dövlət Universitetinin tələbələri Mingəçevir bələdiyyəsində təcrübəyə başlayıblar. Bu unikal fürsət çərçivəsində gənclər bələdiyyənin müxtəlif sahələri ilə tanış olacaq, idarəetmə, ictimai xidmət və yerli özünüidarə prinsipləri barədə praktiki biliklər qazanacaqlar. Eyni zamanda, tələbələr könüllü olaraq şəhər miqyaslı layihələrə qoşulub, ictimai proseslərdə fəal iştirak edəcəklər.
Bələdiyyə sədri Anar İsmayılov görüşdə çıxış edərək gənclərə bu müddəti yalnız öyrənmək üçün deyil, cəmiyyətə töhfə vermək üçün bir fürsət kimi dəyərləndirmələrini tövsiyə etdi. O, vurğuladı ki, gələcəyin gənc liderləri, idarəediciləri və mütəxəssisləri sizsiniz: “Bu gün sizi yalnız təcrübəçi kimi deyil, şəhərimizin inkişafına töhfə verə biləcək potensial tərəfdaşlarımız kimi qəbul edirik.”
Sədr yerli idarəetmənin yalnız sənədlərlə deyil, həm də insanlarla, xidmətlə və sosial məsuliyyətlə ölçülməsini qeyd edərək, gəncləri fəal olmağa, sosial problemlərə biganə qalmamağa və cəmiyyət üçün nümunə göstərən davranışlar nümayiş etdirməyə çağırdı.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam etdi. Tələbələr bu müddətdə təkcə öyrənmək deyil, həm də öz ideyalarını irəlilətmək imkanı əldə edəcəklər.
Gənclərimiz, sizləri cəmiyyətin inkişafına qatılmağa dəvət edirik! #Gənclər #İdarəetmə #Könüllülük #Mingəçevir
Mingəçevir bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/