BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Su basmış ərazilərdə fəsadların aradan qaldırılmasında bələdiyyələrdə öz töhfəsini verməkdədir”

Bələdiyyə sədri: “Su basmış ərazilərdə fəsadların aradan qaldırılmasında bələdiyyələrdə öz töhfəsini verməkdədir”

“Ötən
gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava
şəraiti bir sıra fəsadlara yol açıb,  o
cümlədən Bilgəh qəsəbəsində bəzi əraziləri su basıb. Hazırda qəsəbənin Hacıağa
Dadaşov və “Azərbaycan qadını” küçələrində su basmış ərazilərdə fəsadlar aradan
qaldırılır”- bu fikirləri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Kamandar
Zeynalov Belediyye.infoya açıqlamasında bildirib. 

Sədrin sözlərinə görə,  Sabunçu RİH-in təşəbbüsü və bələdiyyənin təşkilatçılığı
ilə  hazırda qəsəbənin mərkəzdən kənar ərazilərdə
də yağışın yaratdığı  fəsadların aradan
qaldırılması üçün ciddi işlər davam etdirilir.

Suların ərazilərdən çəkilərək kənarlaşdırılması
işləri artıq yekunlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli
hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində
zəruri və təxirəsalınmaz tədbirlərdə 
Bilgəh bələdiyyəsi öz dəstəyini göstərməkdədir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir