Atlanta şəhərində texniki problem 450-dən çox aviareysin təxirə düşməsinə səbəb olub
ABŞ-də Atlanta şəhərinin Hartsfild-Cekson Beynəlxalq Hava Limanında uçuş-enmə zolağındakı avadanlıqla bağlı problem səbəbindən 450-dən çox reys təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
“Bazar günü dünyanın ən işlək hava limanlarından biri olan Atlanta hava limanında uçuş-enmə zolağının avadanlıqlarında yaranan problem səbəbindən yüzlərlə reys təxirə salınıb”.
Nəşr bildirib ki, yerli vaxtla saat 13:00-a olan məlumata görə, (Bakı vaxtı ilə 21:00) 200-dən çox uçuş və 250-dən çox gələn reys gecikib. Mütəxəssislər problemi aradan qaldırmaq üçün çalışırlar.
Mənbə: Report.Az