BƏLƏDİYYƏ

Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında

Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında

Şuşa rayonu üzrə
2024-cü ilin məhsulu üçün 01 yanvar 2024-cü il vəziyyətinə 1876,1 hektar sahədə
əkin işləri aparılmış və onun 1026,9 hektarında buğda, 736,8 hektarında arpa,
112,4 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir.

2024-cü ilin
məhsulu üçün yazlıq əkinlər də aparılmışdır. Yazlıq əkinlərdən 30,0 hektar
sahədə yazlıq arpa,  53,5 hektar sahədə
tərəvəz, 6,5 hektar sahədə kartof, 40,0 hektar sahədə yazlıq yonca və 91,5
hektar sahədə ərzaq üçün bostan bitkiləri (57,0 hektar yemiş, 34,5 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2024-cü
ilin məhsulu üçün 2158,3 hektar əkin sahəsi mövcud olmuşdur. Əkin sahələrinin
1876,1 hektarı payızlıq, 221,5 hektarı yazlıq və 60,7 hektarı  isə keçən illərdən qalmış yonca sahəsi
olmuşdur.

 Bundan başqa rayonda 12,5 hektar bağ sahəsi
vardır.

 2024-cü ilin məhsulu üçün əkin sahələri
2023-cü ilə nisbətən 685,2 hektar və ya 46,5 faiz artmışdır. 

2024-cü il ərzində
1026,9 hektar buğda sahəsindən 20538,0 sentner məhsul əldə edilmişdir ki, bu da
keçən ilin eyni dövrünə nisbətən 899,9 sentner, yəni 78,0 faiz çox olmuşdur.
Keçən il məhsuldarlıq 21,0 sentner/ha olduğu halda, bu il 20,0 sentner/ha
olmuşdur.

2024-cü il ərzində
766,8 hektar arpa sahəsindən 14569,2 sentner məhsul əldə edilmişdir ki, bu da
keçən ilin eyni dövrünə nisbətən 3237,2 sentner, yəni 28,6  faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 20,2
sentner/ha olduğu halda, bu il 19,0 sentner/ha olmuşdur.

2024-cü il ərzində
6,5 hektar kartof sahəsindən 1023,0 sentner məhsul əldə edilmişdir ki, bu da
keçən ilin eyni dövrünə nisbətən 618,0 sentner, yəni 152,6 faiz çoxdur.
Məhsuldarlıq keçən il 150,0 sentner/ha olduğu halda, bu il 157,4 sentner/ha
olmuşdur. 

2024-cü il ərzində
53,5 hektar tərəvəz sahəsindən 10807,0 sentner məhsul əldə edilmişdir ki, bu da
keçən ilin eyni dövrünə nisbətən 692,0 sentner, yəni 6,0 faiz az olmuşdur.
Keçən il məhsuldarlıq 193,6 sentner/ha olduğu halda, bu il 202,0 sentner/ha
olmuşdur.

2024-cü il ərzində
91,5 hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 16053,0 sentner məhsul əldə
edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 590,0 sentner, yəni 3,8
faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 188,6 sentner/ha olduğu halda, bu il
175,4 sentner/ha olmuşdur.

2024-cü il ərzində
100,7 hektar yonca sahəsindən 4456,0 sentner məhsul əldə edilmişdir ki, bu da
keçən ilin müvafiq dövrünə nisbətən 817,0 sentner, yəni 22,5 faiz çox olmuşdur.
Keçən il məhsuldarlıq  42,1 sentner/ha
olduğu halda, bu il 44,3 sentner/ha olmuşdur.

2024-cü il ərzində
12,5 hektar meyvə bağı olmuşdur ki, bundan da 12,5 hektarı da bar verən yaşda
olmuşdur. Meyvə bağlarından 820,0 sentner məhsul əldə edilmiş, məhsuldarlıq
65,6 sentner/ha olmuşdur.

01 yanvar 2025-ci
il vəziyyətinə heyvandarlıq sahəsində rayon üzrə bütün təsərrüfat
kateqoriyalarında  5276 baş iri  buynuzlu 
mal-qara, o cümlədən  2509 baş
inək və camış, 31368 baş qoyun  və  keçi mövcud olmuşdur.

01 yanvar 2025-ci
il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal qaranın sayı
201 baş və  ya  4,0 faiz, o cümlədən inək  və 
camışların sayı  88 baş və ya 3,6 faiz
artmış, qoyun  və  keçilərin sayı  isə 1054 baş 
və ya 3,3 faiz  az olmuşdur.

2024-cü il ərzində
ət istehsalı 4992,0 sentner (diri çəkidə), süd istehsalı 20413,0 sentner,
yumurta istehsalı 912,0 min ədəd, yun istehsalı isə 480,0 sentner olmuşdur.
Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1264,0 sentner və ya 33,9
faiz, süd istehsalı  25,0 sentner və ya
0,1 faiz, yumurta istehsalı 3,0 min ədəd və ya 0,3 faiz çox olmuşdur. Yun
istehsalı isə 60,0 sentner və ya 11,1 faiz az olmuşdur.

2024-cü il ərzində
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul
buraxılışının həcmi 9341,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 14,7 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının 5606,5 min
manatını heyvandarlıq, 3734,5 min manatını bitkiçilik məhsulları təşkil
etmişdir.

 Asəf Mikayılov

Şuşa Rayon
Statistika İdarəsinin rəis müavini

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir