BƏLƏDİYYƏ

Siyasi rəhbərin bu görüşündə iştirak etsəydim….. CİDDİ

Siyasi rəhbərin bu görüşündə iştirak etsəydim….. CİDDİ

 

Göründüyü
kimi, daha bir icra başçısı bələdiyyənin inzibati binasına gələrək bələdiyyə
üzvləri ilə görüş keçirib və paylaşıb.

Goranboy
və Mingəçevirdən sonra İsmayıllı RİH başçısı da bələdiyyənin inzibati binasına
gələrək görüş keçirib və paylaşılmasına hətta razılıq verib.

Bir qədər
təəcüblü olsa da, hər halda bu bir həqiqətdir.

Deyim
ki, bu gəliş heç də səbəbsiz deyil.

Ola
bilsin digər yerlərdə də belə görüşlər keçirilib. Sadəcə həmin rayonların
siyasi rəhbərlərinin EQO-su bu məlumatı paylaşmağa imkan verməyib.

Etiraf
edim ki, bir neçə dəfə tənqid hədəfimdə olan İsmayıllı RİH başçısının bələdiyyə
üzvləri ilə görüş keçirməsi mənə bir qədər maraqlı gəldi.

Deyim
ki, bu artıq siyasi rəhbərin bələdiyyə üzvləri ilə cari ildə ikinci görüşüdür.
Hər halda təqdirəlayiq bir haldır və bəyənilsin.

Ancaq
mən şəxsən bu görüşdə iştirak imkanım olsaydı hörmətli siyasi rəhbərə veriləsi
cəmi ÜÇ sualım olardı. Veriləcək sualları burda yazmıram. Çünki veriləcək
suallara cavab olmaya bilər. Nə isə….

Bizim
İsmayıllı bələdiyyəsinin istər əvvəl ki, istərsə də yeni tərkiblə əməkdaşlıq əlaqələrim
var və artıq davam etməkdədir.

Bu tərkib
İsmayıllı bələdiyyəsinin üzvlərinə isə yalnız uğurlar arzulayır və inanıram ki,
bələdiyyədə yaranmış müəyyən ənənəni qoruyub saxlamaqla davam etdiriləcək və fəaliyyətlərində
əsas diqqəti vergi yığımına yönəltməklə konkret layihələrin sayını və keyfiyyətini
artıra biləcəklər. Bu işdə bizə  İsmayıllı bələdiyyəsinə yalnız uğurlar arzulamaq
düşür.

Vüqar
Tofiqli

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir