Qaraçuxur bələdiyyəsi tərəfindən iftar süfrəsi açılıb
Qaraçuxur bələdiyyəsi tərəfindən iftar süfrəsi açılıb
Suraxanı RİH-in təşəbbüsü və Qaraçuxur bələdiyyəsinin təşkilatçılığı
ilə Yeni Günəşli yaşayış massivindəki Fatmeyi-Zəhra məscidində 150 nəfərin
iştirakı ilə iftar məclisi təşkil olunub.
Belediyye.info xəbər verir ki, tədbirdə 40 nəfərə yaxın şəhid
ailəsinin üzvləri, 25 qazi və Vətən müharibəsi iştirakçısı, qəsəbə ictimaiyyətinin
nümayəndəsi və din xadimləri iştirak ediblər.
İftar məclisində tədbirin təşkilatçılarına təşəkkürünü
bildirən Fatmeyi-Zəhra Məscidinin din xadimləri iftar süfrəsində iştirak edənləri
salamlayaraq dövlət tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən diqqət və
qayğıdan söhbət açıblar.
Tədbirdə Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/