BƏLƏDİYYƏ

İxtiyar Nəcəfov: “Seçicilərin etimadını doğrultmaq üçün var qüvvəmizlə çalışmalıyıq”

İxtiyar Nəcəfov: “Seçicilərin etimadını doğrultmaq üçün var qüvvəmizlə çalışmalıyıq”

Suraxanı
rayonunda formalaşan altı bələdiyyədə artıq ilk iclaslar  baş tutub. İclaslarda bələdiyyələrin rəhbər vəzifəli
şəxsləri artıq seçilib. Ancaq  Suraxanı bələdiyyələrinin
ötən beşildəki fəaliyyətinə  qısa bir nəzər  yetirsək bir çox maraq doğuran məqamları görə
bilərik.

Hövsan və Bülbülə bələdiyyələri daim fəaliyyəti
ilə seçilib və rayonda həyata keçirilən layihələrə daim öz töhfələrini verməyə
çalışıblar. Zığ bələdiyyəsi isə əvvəl ki illərdən yığılıb qalmış  DSMF borcunun bağlanması ilə bağlı atdığı
addımlar özü  bir hadisə idi. Qaraçuxur,  Hövsan və Bülbülə bələdiyyələrin hər birinin
özünə məxsus inzibati binasının olması, kollektivin fəaliyyəti üçün bələdiyyələrdə
hər bir şəraitin yaradılması hər halda vətəndaş məmnunluğunun təmin edilməsi
kimi başa düşülə bilər.

Düzdü
belə xoş fikirləri hələ ki nə Əmircan, nə də ki Yeni Suraxanı bələdiyyəsi
haqqında demək olmur. Düşünmək olar ki, yeni tərkib əvvəlki fəaliyyətdən nəticə
çıxarıb bir addım atacaq.

Qaraçuxur
bələdiyyəsinin kollektivi isə uzun illər əvvəl formalaşan ənənəyə sadiq qalaraq
qəsəbə ərazisində ciddi layihələri imza atmağı bacarıb. Bu gün Qaraçuxur bələdiyyəsində
keçirilən ilk iclasda rəhbər vəzifəli şəxslərin seçkisi baş tutub. İxtiyar Nəcəfov
növbəti  dəfə bələdiyyə sədri seçilib.

Bəs
növbəti beşillikdə Qaraçuxur bələdiyyəsindən hansı istiqamətdə irəliləyiş gözləmək
olar? Sulamızı Qaraçuxur bələdiyyəsinə yeni seçilmiş sədri İxtiyar Nəcəfov cavablandırır:

-Qaraçuxur
bələdiyyəsi rayonda formalaşan digər bələdiyyələrdən fəaliyyəti ilə daim
seçilib. İlk olaraq özünə inzibati bina inşa etdirib. Uzun illərdən bəri bələdiyyədə
formalaşan işgüzar mühit nəticəsində qəsəbə ərazisində bələdiyyənin nüfuzu,
Hövsan, Bülbülə və Zığ qəsəbələrində olduğu kimi tələb olunan səviyyədə olub.

Bu
gün məqsədimiz Suraxanı RİH tərəfindən həyata keçirilən layihələrə dəstəyimizi
göstərməklə vətəndaş məmnunlugunun inkişafina  öz töhfəmizi verməkdən ibarətdir. Seçicilərin
bizə yüksək etimadı hər bir bələdiyyə üzvünün və qulluqçuların üzərinə böyük
bir məsuliyyıət yükü qoyur.

Məhz
bu məsuliyyətin nəticəsidir ki, Qaraçuxur bələdiyyəsi bu gün təcrübəsi yayıla
bilən bələdiyyələr sırasındadır: həm  büdcə gəlirlərinin həcminə görə, həm sakinlərin
qaldırdığı problemlərin sürətli həllinə görə, həm də rayonda bələdiyyə-icra
münasibətlərin nümunəvi bir səviyyədə olmasına görə.

Düşünürəm
ki, vətəndaşlarımızda bizə etimad göstərdiyi kimi, vergiləri də vaxtında ödəmiş
olsalar Qaraçuxur bələdiyyəsi daha boyuk layihələrin icrasına imza atmış olacaq.
İnanıram ki, növbəti beş ildə bu töhfələri görəcəyik.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir