Əlfəddin Həsənov: “Bu gün kollektivin qarşısında dayanan əsas vəzifə seçicilərin qaldırdığı problemlərin həllinə nail olmaqdır”
Əlfəddin Həsənov: “Bu gün kollektivin qarşısında dayanan əsas vəzifə seçicilərin qaldırdığı problemlərin həllinə nail olmaqdır”
“Bizim məqsədimiz BAMS-ın yaratdığı imkandan lazımınca istifadə etməkdir”- bu fikirləri Sabunçu rayonu Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov bildirib.
Sədrin sözlərinə görə, hazırda vergi xidməti əməkdaşlarının əsas vəzifəsi ərazidəki vergi ödəyiciləri haqqında məlumatları dəqiqləşdirmək və BAMS-sa yerləşdirməklə bildirişlərin paylanılmasına nail olmaq, habelə paralel olaraq SMS xidmətiindən istifadə etməklə vergi ödəyicilərini məlumatlandırmaqdır.
BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiya edilməsi nəticəsində büdcə gəlirlərində artım müşahidə edilməkdədir. Ötən ilin aprel ayında 12 min manata yaxın büdcə gəliri olduğu halda, cari ilin aprelində bu rəqəm artıq 17 min manatı keçib.
Sədr bildirib ki, bələdiyyə ilk olaraq hələ 2020-ci ildə SMS xidmətindən istifadə etməyə başlayıb. Və nəticəsini görməkdədir.
Əlfəddin Həsənov sədr müavinlərinin və “Bələdiyyəlıərin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə rüblər üzrə əldə olunan rəqəmləri də səsləndirib.
Belə ki, ötən ilin birinci rübündə Sabunçu bələdiyyəsi 45 min manata yaxın büdcə gəliri əldə etmişdisə, cari ilin birinci rübü ərzində bu rəqəm 70 min manata yaxınlaşıb.
Bu gün kollektivin qarşısında dayanan əsas vəzifə seçicilərin qaldırdığı problemlərin həllinə nail olmaqdır. Problemlərin həlli isə büdcə gəlirlərinin səviyyəsindən asılıdır. Büdcə gəlirləri artarsa demək seçicinin qaldırdığı problemlərdə öz həllini tez tapar və bununla öklə başçısının daim tələb etdiyi vətəndaş məmnunluğu da təmin edilmiş olar.
Qeyd edək ki, görüşdə iştirak edən sədr müavinləri Hüseyn Nəcəfov və Çingiz Vəlizadə də mövzu ilə əlaqəli fikirlərini bildiriblər.
Xatırladaq ki, Sabunçu bələdiyyəsinin 15 üzvü var.
Mənbə: Meneviyyat.Az/