Vahid Mirzəyev: “DSMF-yə olan borcu bağlamaqla yanaşı, seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq”
Vahid Mirzəyev: “DSMF-yə olan borcu bağlamaqla yanaşı, seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq”
“Bu gün Cəlilabad bələdiyyəsinin əsas vəzifəsi əvvəlki
illərdə yaranmış DSMF borcunu silməkdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən
bələdiyyənin yeni seçilən sədri Vahid Mirzəyev bildirib.
Sədrin
sözlərinə görə, bələdiyyənin vergi xidməti BAMS-ın verdiyi bütün imkanlardan
istifadə etməyə çalışır. Bir tərəfdən bildirişlər paylanılır, digər tərəfdən
sakinlərlə görüşlər keçirilir, başqa bir tərəfdən BAMS-a vergi ödəyicilər
haqqında əldə olunan məlumatlar yerləşdirilir. Bütün hallarda borcu bağlamaqla
yanaşı seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq.
Qeyd
edək ki, Cəlilabad bələdiyyəsinin bu günədək 25.181 manat DSMF-yə əsas və faiz borcu
vardır. Hazırda borc mərhələli şəkildə hissə-hissə ödənilməsinə başlanılıb.
Əlavə
edək ki, Cəlilabad bələdiyyəsinin sədri Mirzəyev
Vahid Ağagül oğlu 17 aprel 1971-ci ildə anadan olub. İyirmi beş il Dövlət Təhlükəsizliyi Xidmətində xidmət edib,
hazırda təqaüddədir, ehtiyatda olan polkovnikdir.
Cəlilabad
Kommunal müəssisələr kombinatının direktoru, mənzil istismarı sahəsinin rəisi,
Cəlilabad RİH də şöbə müdiri vəzifəsini icra edib, bələdiyyə sədri seçilməmişdən
əvvəl Cəlilabad RİH başçısının Cəlilabad şəhər İƏD- üzrə nümayəndəsi vəzifəsində işləyib. Bələdiyyə seçkilərində iştirak edərək,
üzvlər arasında maksimum səs toplayıb.
27.02.2025-ci ildə keçirilən bələdiyyə
iclasında sədr seçilib. Həmin iclasda
Rafiq Rüstəmov və Elçin Hüseynov sədr müavini seçiliblər.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/