GÜNDƏM

Hərbçilərə mənzillər təqdim olundu – FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçulara daimi mənzillərin verilməsi üzrə həyata keçirilən fəaliyyətlər davam etdirilir.

20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçulara və ya onların varislərinə) Sumqayıt şəhərində yerləşən MİDA Yaşayış Kompleksindəki mənzillər təqdim olunub.

Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyata keçirilir və hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.

Hərbi qulluqçulara mənzillər verilibHərbi qulluqçulara mənzillər verilibHərbi qulluqçulara mənzillər verilibHərbi qulluqçulara mənzillər verilibHərbi qulluqçulara mənzillər verilib









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir