GÜNDƏM

Dövlət və hökumət nümayəndələri Fəxri xiyabanı ziyarət etdi – FOTO

Dövlət və hökumət nümayəndələrinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabana ziyarəti davam edir.

Turkustan.az xəbər verir ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov,energetika naziri Pərviz Şahbazov, səhiyyə naziri Teymur Musayev, Dini Qurumlar Üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

***

09:53

Dövlət və hökumət nümayəndələrinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabana ziyarəti davam edir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin xüsusi məsələlər üzrə köməkçisi Elçin Əmirbəyov Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

***

09:14

Dövlət və hökumət nümayəndələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.

Turkustan.az xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev və müdafiə naziri general-polkovnik Zakir Həsənov Ulu öndərin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

/Teleqraf









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir