Ağacəkmə aksiyasında bələdiyyədə yaxından iştirak edib
Ağacəkmə aksiyasında bələdiyyədə yaxından iştirak edib
Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” mövzusunda ağacəkmə aksiyası keçirilib.
Aksiya şəhərin Samux küçəsində baş tutub və burada Mingəçevir bələdiyyəsinin sədri, üzv və qulluqçuları da aktiv iştirak ediblər.
Hər il olduğu kimi, bu il də şəhərin yaşıl sahələrinin genişləndirilməsi məqsədilə 200 ədəd şam və küknar ağacları əkilib.
Aksiyanın həyata keçirilməsi, ekoloji mühitin qorunması və qeyd olunan mövzuların cəmiyyət arasında təbliğ edilməsi baxımından əhəmiyyətli bir addım olub.
Mənbə: Meneviyyat.Az/