BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Bələdiyyə olaraq əsas vəzifəmiz sakinlərə layiqincə xidmət etməklə vətəndaş məmnunluğunun təmin etməkdir”

Təmraz Tağıyev: “Bələdiyyə olaraq əsas vəzifəmiz sakinlərə layiqincə xidmət etməklə vətəndaş məmnunluğunun təmin etməkdir”

“Bayram
və istirahət günləri olmasına baxmyaraq Nərimanov  bələdiyyəsi növbəlilik əsasında sakinlərə
xidmətini davam etdirir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz
Tağıyev bildirib.

Sədrin
sözlərinə görə, bələdiyyədə bu istiqamətdə artıq sistemli iş qurulub.  Bələdiyyəyə müraciət edən hər kəs növbədə
dayanan bələdiyyənin məsul vəzifəli şəxsi tərəfindən dinlənilir, bəzi problemlərin
ciddiliyi nəzərə alınaraq  həlli  nəzarətdə saxlanılır.

Bununla
yanaşı məzuniyyətə və müalicəyə gələn əsgəri xidmətdə olan sakinlərimizin yollayış
sənədlərinin imzalanması, uçota götürülməsi bu günlərdə operativ şəkildə öz həllini
tapır. Hər gün 10-15 nəfər məhz bu məqsədlə bələıdiyyəyə müraciət edir.

Bələdiyyə
olaraq əsas vəzifəmiz sakinlərə layiqincə xidmət etməklə vətəndaş məmnunluğunun
təmin etməkdir. Nərimanov bələdiyyəsi olaraq biz bu vəzifənin öhdəsindən hər
daim layiqincə gəlməyə çalışırıq.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir