Sədr: “Bələdiyyənin inzibati binasında keçirilən görüşdə borclularla maarifləndirici söhbət aparılıb”
Sədr: “Bələdiyyənin inzibati binasında keçirilən görüşdə borclularla maarifləndirici söhbət aparılıb”
“Boradıgah bələdiyyəsində ərazidə fəaliyyət göstərən bir qrup icarədarla görüş təşkil olunub”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova bildirib.
Sədrin sözlərinə görə, görüş zamanı icarə haqları ilə bağlı məsələlər, mövcud qaydalar və gözlənilən yeniliklər müzakirə edilib.
Görüşdə icarədarların sualları dinlənilib, təklif və rəyləri qeyd olunub.
Bələdiyyə sədri görüşdə şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında fəaliyyətin davam etdiriləcəyini xüsusilə vurğulayıb.
Sdər qeyd edib ki, bələdiyyə olaraq vətəndaşlarla və sahibkarlarla açıq dialoqu hər zaman ön planda tuturuq.
Boradigah bələdiyyəsinin növbəti görüşü yüksək vergi borcu olan bir qrup vətəndaşlarla olub. Bələdiyyənin inzibati binasında keçirilən görüşdə onlarla maarifləndirici söhbət aparılıb. Görüş zamanı yerli vergilərin ödənilməsinin qanunvericilikdə nəzərdə tutulduğu, vətəndaş məsuliyyəti olduğu və bu vəsaitlərin birbaşa olaraq yaşadıqları ərazinin abadlaşdırılmasına və inkişafına sərf edildiyi izah olunub.
Vətəndaşlara vergi borclarının vaxtında ödənilməsinin hüquqi və sosial əhəmiyyəti çatdırılıb, borcun uzun müddət ödənilməməsinin yarada biləcəyi qanuni nəticələr barədə ətraflı məlumat verilib.
Boradigah bələdiyyəsi olaraq vətəndaşlarımızla daimi dialoq şəraitində çalışaraq bu cür görüşlərin mütəmadi keçirilməsi və ictimai maarifləndirmənin davam etdirilməsi nəzərdə tutulur.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/