İDMAN

Premyer Liqa: Turun açılış oyununda “Sabah” “Şamaxı”nı məğlub edib

Misli Premyer Liqasında XXXIV tura start verilib.

“Report”un məlumatına görə, açılış matçında “Sabah” “Şamaxı”nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.

Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran “Sabah” beşinci pillədə qərarlaşıb, “Şamaxı” isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir