BƏLƏDİYYƏ

Nigar Məmmədova: “Xocasən  bələdiyyəsinin büdcə gəlirlərindəki artımın əsas səbəbi… “

Nigar Məmmədova: “Xocasən  bələdiyyəsinin büdcə gəlirlərindəki artımın əsas səbəbi… “

“Cari ilin aprel ayı ərzində Xocəsən bələdiyyəsinin büdcəsinə  30.349 manat  vəsait daxil olub” -bu fikirləri Binəqədi  rayonu Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova bildirib.

Sədr bildirib ki, bu  vəsait  əsasən əmlak və torpaq vergisindən daxil olub. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə  bələdiyyə büdcəsində on faizlik artım müşahidə olunub. Belə ki, 2024-cü ilin aprelində bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi 27.643 manat olmuşdur.

Xocasən  bələdiyyəsinin büdcə gəlirlərindəki  on faizlik artım BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiyası nəticəsində  əldə olunub. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir