DİASPOR

Murmanskda “Qələbədə iştirak etmiş Qəhrəmanlar” adlı tədbir keçirilib

9 may – Faşizm üzərində Qələbə Günü münasibətilə Rusiya Federasiyasının Murmansk şəhərində “Qələbədə iştirak etmiş Qəhrəmanlar” adlı tədbir keçirilmişdir. Tədbirdə Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini Mehdi Fəyyazlı, oğlu Fəyyaz Fəyyazlı ilə bərabər çıxış etmişdir. Böyük Vətən müharibəsi iştirakçısı, müharibə veteranı – FƏRƏCOV FƏYYAZ QASIM OĞLU haqqında ətraflı məlumat vermişdir.
Həmçinin Mehdi Fəyyazlı bildirmişdir ki, artıq 80 ildir ki, 9 may – faşizm üzərində Qələbə Günü təntənəli surətdə təkcə Rusiyada deyil, həm də Günəşli Azərbaycanımızda qeyd olunur: “Şanlı qələbədə yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. 170 mindən çox azərbaycan vətəndaşları orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur”.

Mənbə: Diaspornews.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir