Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva 9 May – Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə “İnstagram” hesabında paylaşım edib.
“Report” xəbər verir ki, paylaşımda deyilir:
“Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!”
Mənbə: Report.Az