BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Vətəndaş məmnuniyyəti və onların qayğılarının qanunvericiliyə uyğun həlli əsas prioritetlərimizdəndir”

Bələdiyyə sədri: “Vətəndaş məmnuniyyəti və onların qayğılarının qanunvericiliyə uyğun həlli əsas prioritetlərimizdəndir”

“Mingəçevir bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib”- bu barədə məlumat adıçəkilən bələdiyyənin sədri Anar İsmaylılov bildirib.
Sədr bildirib ki, qəbulda 8 nəfər sakin iştirak edib. Qəbula gələn sakinlər öz problem və təkliflərini bildiriblər. Qaldırılan məsələlər sırasında torpaq sahələrinin sənədləşdirilməsi, mövsümi müqavilələr, sahibkarlıq fəaliyyəti, dini icmaların dəstəklənməsi və məhəllə infrastrukturunun yaxşılaşdırılması kimi müxtəlif istiqamətlər yer alıb.
Şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, yaşlı vətəndaşlarımız və digər sakinlərimizin müraciətləri diqqətlə dinlənilib və dərhal aidiyyəti üzrə komissiya sədrlərinə və şöbə müdirlərinə müvafiq tapşırıqlar verilib.
Sədr Anar İsmayılov daha sonra bildirib ki, vətəndaş məmnuniyyəti və onların qayğılarının qanunvericiliyə uyğun şəkildə həlli, bizim əsas prioritetlərimizdəndir. Bələdiyyənin fəaliyyətində ictimai iştirakçılığı artırmaq, məhəllə komitələrinin fəallaşdırılması, əmlak vergisinin yığımı və dini icmalarla əməkdaşlığın gücləndirilməsi istiqamətində də təkliflərə açıq olduğumuzu bir daha qeyd edirik. Müraciət edən hər bir vətəndaşa təşəkkür edir, problemlərin həllində aktiv yanaşmalarına görə minnətdarlığımı bildirirəm.
Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir