Aqil Heydərov: “Fəaliyyətimiz yalnız seçicilərimizə xidmətdən keçir”
Aqil Heydərov: “Fəaliyyətimiz yalnız seçicilərimizə xidmətdən keçir”
“Ötən
il qanunvericilikdə edilən dəyişiklikdən sonra qonşu Mollavaizli və Qazanbatan
bələdiyyələri Saatlı bələdiyyəsinə birləşdirildi. Bu seçkidən sonra Saatlı bələdiyyəsinə seçilən üzvlərin sayı artıq 15-ə
çatdı”- bu fikirləri Belediyye.infoya Saatlı bələdiyyəsinin yeni seçilmiş sədri
Aqil Heydərov deyib.
Sədrin
sözlərinə görə, ilk gündən qarşıya qoyduğumuz əsas vəzifə xalqa xidmət etmək
olub. Bunun üçün diqqətmizi həm bələdiyyənin vergi-uçot sistemində olan boşluqların aradan
qaldırılmasına, həm BAMS-dakı yeniliklərin tətbiqinə yönəltməklə yanaşı, həm də
bələdiyyə ərazisində şəhid, qazi və aztəminatlı
ailələrin sosial-məişət qayğılarının həllinə yönəldilib.
Bu
günlərdə artıq bələdiyyə iclasında qəbul edilmiş strateji proqrama uyğun olaraq
şəhər bələdiyyəsinə birləşdirilən Mollavaizli və Qazanbatan kəndlərində sakinlərlə
görüşlər keçirilmiş, onlara bələdiyyənin
cari ildə həyata keçirəcəyi layihələrdən danışılmış, sakinlərin problemləri
dinlənilmiş, həmçinin həlli yolları birgə müzakirə edilmişdir.Görüşlərin
sonunda kəndlərdə yaşayan aztəminatlı ağır yataq xəstəsi olan üç ailəyə bayram sovqatı təqdim
edilmişdir.
Sakinlərlə
görüşdə bələdiyyənin sədr müavini Sənan Mütəllimov və bələdiyyənin əməkdaşları iştirak ediblər.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/