BƏLƏDİYYƏ

Nazim Kərimov: “Az müddət ərzində bələdiyyənin DSMF üzrə yaranmış borcu bağlamaq fikrindəyik”

Nazim Kərimov: “Az müddət ərzində bələdiyyənin DSMF üzrə yaranmış borcu bağlamaq fikrindəyik”

“Göytəpə
şəhər bələdiyyəsinin əsas məqsədi əvvəlki illərdən yığılıb qalmış DSMF və digər
borcların tezliklə  bağlanmasıdır”- bu
fikirləri Cəlilabad rayon Göytəpə şəhər bələdiyyəsinin sədri Nazim Kərimov deyib.

Sədrin
sözlərinə görə, bələdiyyənin elə ilk iclasında təşkilatı məsələlər öz həllini
tapdıqdan sonra bələdiyyənin ümumi maliyyə durumu müzakirə edilmiş və müəyyən
edilmişdir ki, bələdiyyənin  DSMF-yə 8000
manat əsas borc və 6000 manat  faiz borcu
vardır.

Artıq
aprel ayının  9-da bələdiyyənin qərarı ilə
2000 manat ödəniş etdik. Qərara alımışıq ki, hər ay 2000 manat olmaqla borcu  ödəmək nəzərdə tutulmuşdur.

Hazırda
bələdiyyənin vergi xidməti ciddi cəhdlə çalışır və problemi həll etmək üçün
vergilərin toplanılmasına, həmçinin yenilənmiş BAMS proqramının verdiyi bütün
imkanlardan istifadə etməyə çalışır.

Qeyd
edək ki,  Göytəpə bələdiyyəsinin 13 nəfər
üzvü var. İlk bələdiyyə iclasında təsdiq edilmiş üzvlər sırasinda  1777 səslə birinici yeri tutmuş Nazim Kərimov
sədr, Söngül Cəfərova isə müavin seçiliblər.

  Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir