SİYASƏT

Gəncədə regional vəkil bürosunun yeni inzibati binasının açılışı olub

Gəncə regional vəkil bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə baş tutan tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak edirlər.

Mərasimdə çıxış edən natiqlər Gəncə regional vəkil bürosunun yeni inzibati binasının istifadəyə verilməsinin yerli vəkillərin peşə fəaliyyətinin daha keyfiyyətli təşkilinə imkan yaradacağını vurğulayıblar.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir