BƏLƏDİYYƏ

Bələdiyyə tərəfindən daha 30 ailəyə ərzaq yardımı göstərilib

Bələdiyyə tərəfindən daha 30 ailəyə ərzaq yardımı göstərilib

“Şüvəlan
qəsəbəsi  ərazisində yaşayan şəhid, qazi
və aztəminatlı ailələlərin daha bir qrupuna ərzaq yardımı aksiyasında bələdiyyə qulluqçuları  və könüllüləri fəal iştirak ediblər”- bu barədə
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.

Həyata keçirilən daha bir sosial aksiya çərçivəsində 30 şəhid,
qazi və  aztəminatlı ailəyə ərzaq yardımı
göstərilib.

Qeyd edək ki, bələdiyyə tərəfindən  keçirilən belə sosial aksiyalar ölkəmizdə həssaq
qrupa aid ailələrin sosial
rifahına dəstək sahəsində dövlətin apardığı işlərə əlavə bir dəstəkdir.

Sədr
qeyd edib ki, sakinlərlə hər bir görüşdə  onlara bələdiyyənin son illərdə həyata
keçirdiyi sosial aksiyalar barəsində qısa məlumat verilmiş, bələdiyyə iclasının
qərarıyla həmişə olduğu kimi cari ildə də sosial aksiyaların davam etdiriləcəyi bildirilmişdir. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir