BƏLƏDİYYƏ

Asif Həşimov Vəndam  bələdiyyəsinin sədri seçilib

Asif Həşimov Vəndam  bələdiyyəsinin sədri seçilib


Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi
Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Qəbələ rayonu
Vəndam bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk
iclası keçirilib.

İclasın sədri
bələdiyyənin ən yaşlı üzv Eldəniz İsayev bələdiyyə üzvlərinin siyahısını elan
edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin
olduğunu qeyd edib.

Səsvermənin
nəticəsinə əsasən Vəndam bələdiyyəsinin sədri vəzifəsinə yekdilliklə Asif Həşimov
 seçilib.

Bələdiyyə sədrinin
müavini vəzifəsinə isə Mahmudlu Tuqay Rəfail oğlu və Hüseynov Sübhan Çingiz
oğlu seçiliblər.

 Qeyd edək ki, Vəndam  bələdiyyəsinin 13 nəfər üzvü var .

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir