Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 1 milyard avro köçürüb
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlərdən növbəti tranş olaraq Ukraynaya 1 milyard avro köçürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib.
“Bu gün biz Rusiyanın aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya daha 1 milyard avro köçürdük”, – o qeyd edib.
Mənbə: Report.Az