İDMAN

AFFA iki futbolçunu 4, bir məşqçini isə 5 oyunluq cəzalandırıb

AFFA iki futbolçunu 4, bir məşqçini isə 5 oyunluq cəzalandırıb.

“Report” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununun 67-ci dəqiqəsində “Hypers Guba” komandasının 8 nömrəli futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Hypers Guba” komandası 300 manat cərimə edilsin (madd 40.3);

04.05.2025 tarixində AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Şəfa” FK – “Ümid” (Gəncə) oyununun 36-ci dəqiqəsində “Ümid” (Gəncə) komandasının köməkçi məşqçisi Hürzad İsmayilova rəqib komandanın oyunçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);

04.05.2025 tarixində AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Şəfa” FK – “Ümid” (Gəncə) oyununun 36-ci dəqiqəsində “Şəfa” FK komandasının 11 nömrəli futbolçusu Ebru Əmirova rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 43.3).

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir