DÜNYA

Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılmır

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılmır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

“Biz növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyilik. Hökumət planlı rejimdə işləyir”, – o, jurnalistlərlə söhbətində qeyd edib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına planlaşdırılıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir